Əfqanıstanda hakimiyyəti ələ alan radikal Taliban hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında Bağlan əyalətində yenidən qarşıdurmalar başlayıb.
APA bildirir ki, bu barədə TASS -a bölgədəki mənbə məlumat verib.
Mənbə bildirib ki, bu səhər, Andarab Baglan Vadisinin Puli-Hisar bölgəsində Taliban və Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında döyüşlər yenidən başlayıb:
“İtki verən Taliban döyüşçüləri bölgədən geri çəkilmək məcburiyyətində qaldılar".