Misir xarici işlər naziri Semih Şükri Türkiyədə səfərdədir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı ikitərəfli münasibətlər, Suriya, Liviya və digər regional məsələlər müzakirə edilib.