Misir məhkəməsi polis serjantını öldürdüyünə görə ölkədə qadağan olunmuş "Müsəlman Qardaşlar" terror təşkilatının üç üzvünə edam cəzası verib.
APA xəbər verir ki, bu barədə “Axbar əl-Yom” portalı məlumat yayıb.
Qeyd edək ki, hadisə 2015-ci ilin mart ayında Əl-Mansur şəhərində Dakahliyya əyalətində baş verib.
Xidmətdən qayıdan polisə 19 terrorçu tərəfindən 100-dən çox atəş açılıb. Polis hadisə yerində ölüb. Yaxınlıqda olan daha bir neçə yerli sakin yaralanıb.
Terrorçulardan yeddisi hələ də axtarışdadır. “El-Mansoura” məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən 9-una ömürlük həbs cəzasına (25 il Misirdə), biri 10 il həbs cəzasına məhkum edilib. 6 nəfərə barəsində isə bəraət hökmü çıxarılıb.