Monqolustanın Baş naziri Qombojav Zandanşatar istefa verib.
APA “Reuters”ə istinadən xəbər verir ki, Baş nazir parlamentin dəstəyini qazana bilməyib.
Qeyd edək ki, Zandanşatardan əvvəlki Baş nazir Luvsannamsrai Oyun-Erdene də parlamentin dəstəyini itirdiyinə, korrupsiya ittihamlarına və küçə etirazlarına görə vəzifədən getmişdi.