Bank Of Baku

Müqtəda əs-Sədr tərəfdarlarını aclığı dayandırmağa çağırıb, siyasətə qayıtmayacağını bir daha bəyan edib

Müqtəda əs-Sədr tərəfdarlarını aclığı dayandırmağa çağırıb, siyasətə qayıtmayacağını bir daha bəyan edib
# 30 avqust 2022 14:25 (UTC +04:00)

İraqdakı Sədr hərəkatının lideri, şiə din xadimi Müqtəda əs-Sədr tərəfdarlarını “Yaşıl Zona”dakı oturaq aksiyanı 60 dəqiqəyə dayandırmağa çağırıb.

APA xəbər verir ki, Müqtəda əs-Sədr bu gün keçirdiyi mətbuat konfransında baş verənlərdən çox kədərləndiyini deyib, baş verənlərə görə İraq xalqından üzr istəyib: “Bu hadisələrdə qatil və qurban eynidir. Mənim ölkəm korrupsiya əsiri idi, indi də zorakılıq əsiridir. Ölkəmizdəki simasız milislər (Həşd əş-Şaabi-red.) kimi olmamalıyıq. Sədr hərəkatının üzvləri bir saat ərzində “Yaşıl Zona”dan çəkilməsə, onları rədd edirəm”.

Müqtəda əs-Sədr siyasətə qayıtmayacağını bir daha vurğulayıb.

Müqtəda əs-Sədrin çıxışından sonra Sədr hərəkatı tərəfdarları aclığı dayandıraraq, “Yaşıl Zona”dan çəkilməyə başlayıb.

Qeyd edək ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr dünən siyasətdən getdiyini açıqlayıb. Bunun ardınca paytaxt Bağdadda onun tərəfdarları küçələrə çıxıb. Son məlumata görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 30-a çatıb, azı 380 nəfər yaralanıb.

Bağdadda komendant saatı tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR