Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Pakistan Senatının sədri Sadiq Sancrani arasında telefon danışığı olub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, Şentop daşqın fəlakətindən təəssüfləndiyini bildirərək, qardaş Pakistan xalqına ən xoş arzuların çatdırıb: “Xoş günümüzdə olduğu kimi, dərd və kədərdə də bir yerdəyik”,- deyə o bildirib.