Bank Of Baku

Myanmada 5,3 bal gücündə zəlzələ qeydə alınıb

Myanmada 5,3 bal gücündə zəlzələ qeydə alınıb
# 14 aprel 2025 06:47 (UTC +04:00)

Myanmanın paytaxtı Neypido şəhərindən 10 kilometr qərbdə 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:02-də (Bakı vaxtı ilə 00:02) qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Ölkənin müxtəlif bölgələrində 3,4–3,9 bal gücündə təkanlar hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR