Bank Of Baku

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib - VİDEO

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib - VİDEO
# 28 mart 2025 10:55 (UTC +04:00)

Myanmada 7,7 bal gücündə zəlzələ baş verib.


APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti bildirib.

Zəlzələ ölkənin Mandalay şəhərində baş verib.

Qeyd edilib ki, zəlzələnin ocağı 16 km dərinlikdə olub.


Zəlzələ yerli vaxtla saat 12:50 radələrində baş verib.

İlkin zəlzələdən təxminən 12 dəqiqə sonra 6,4 bal gücündə ikinci güclü zəlzələ baş verib.

Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss olunub.

Tailandın Baş naziri güclü zəlzələdən sonra fövqəladə toplantı keçiriləcəyini açıqlayıb.

Çoxmərtəbəli binalardan əhalinin evakuasiya olunduğu bildirilir.

Dağıntılar və tələfatlar barədə məlumat verilməyib.

Zəlzələ anları sosial şəbəkədə paylaşılıb.

https://t.me/apa_az/96119

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR