Bank Of Baku

Nazarbayevin qardaşı oğlu 8 il müddətinə şərti cəzaya məhkum edilib

Samat Abiş

© APA | Samat Abiş

# 20 mart 2024 09:43 (UTC +04:00)

Nazarbayevin qardaşı oğlu 8 il müddətinə şərti cəzaya məhkum edilib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Yanvar hadisələri ilə bağlı şərti cəzaya məhkum edilib.

Qazaxıstan mediasının yaydığı məlumata əsasən, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədrinin keçmiş müavini Samat Abiş General rütbəsindən və dövlət mükafatlarından məhrum edilib, lakin əmlakı müsadirə edilməyib.

Məlum olub ki, Baş Prokurorluğun xüsusi prokurorları tərəfindən Yanvar hadisələri zamanı hakimiyyətin devrilməsi faktı ilə bağlı məhkəməyə qədər istintaq aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR