Bank Of Baku

Nazir: Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edəcək - VİDEO

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 27 fevral 2022 19:12 (UTC +04:00)

Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək.

APA-nın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu Ukraynadakı vəziyyətin "müharibə"yə çevrildiyini qeyd edərək, ölkəsinin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyini vurğulayıb: "Montrö Konvensiyasının 19-cu maddəsi kifayət qədər aydındır. Başlanğıcda bu Rusiyanın hücumu idi. Tərəfımizdən ekspertlər, hərbçilər, hüquqşünaslarla dəyərləndirdi (və qərara gəlindi ki) bu artıq müharibəyə çevrilib. Bu hərbi əməliyyat deyil, rəsmi olaraq müharibə şəraitidir. Belə olan halda hər bir tərəf üçün Montrö razılaşmasını tətbiq edirik".

Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR