Nepalın qərbində 100-dən çox insan səpgili yatalağa yoluxub, son üç həftə ərzində 4 nəfər xəstəlikdən ölüb.
Bu barədə “The Kathmandu Post” məlumat yayıb.
Üç nəfər avqustun sonunda, daha bir nəfər isə sonradan xəstəxanada müalicə olunduğu zaman ölüb. Onların hamısında xəstəlik laborator müayinələrlə təsdiqlənib.
Yerli tibb müəssisələrində hər gün üç-dörd yeni yoluxma halının qeydə alınması əhali arasında narahatlıq yaradıb. Hakimiyyət orqanları sürətli testlər həyata keçirirlər. Səhiyyə rəsmiləri epidemiyanın hələ tam nəzarət altına alınmadığını bildirirlər.
Xəstəlik gənə dişləməsi vasitəsilə ötürülür. Yoluxma riski adətən musson mövsümündə insanların kənd təsərrüfatı, heyvanlar üçün yem tədarükü və digər işlərlə əlaqədar çəmənlik və meşəlik ərazilərdə daha çox vaxt keçirməsi səbəbindən artır.
Əhaliyə kolluq və meşəlik ərazilərdə işləyərkən ehtiyat tədbirlərinə riayət etmək və qızdırma əlamətləri keçmədiyi halda həkimə müraciət etmək tövsiyə olunub.