Nepalda ağır qəza baş verib, 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Nepalda ağır qəza baş verib, 7 nəfər ölüb, 20 nəfər yaralanıb
# 19 mart 2024 08:10 (UTC +04:00)

Nepalın mərkəzindəki Baglung rayonunda avtobusun qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “The Himalayan Times” qəzeti məlumat yayıb.

Polisin məlumatına görə, Nepalın paytaxtı Katmanduya gedən avtobus magistral yoldan 300 metr aralıda tapılıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR