Netanyahu İsrail diplomatik missiyalarında təhlükəsizliyin artırılması barədə göstəriş verib

Benyamin Netanyahu

© APA | Benyamin Netanyahu

# 22 may 2025 10:31 (UTC +04:00)


İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda baş verən terror aktı ilə əlaqədar İsrail diplomatik missiyalarının, o cümlədən onların dünya üzrə nümayəndələrinin təhlükəsizliyinin artırılması barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.

Netanyahu baş vermiş hücumu pisləyib.

“Biz antisemitizmin və İsrail Dövlətinə qarşı vəhşi təhriklərin dəhşətli bədəlinin şahidiyik”, - o bildirib.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR