Bank Of Baku

Netanyahu: İsrail Mertsin kanslerliyi dövründə Almaniya ilə tərəfdaşlığı möhkəmləndirməyə ümid edir

İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri Benyamin Netanyahu

# 12 may 2025 00:02 (UTC +04:00)

İsrail Almaniyanın yeni kansleri Fridrix Mertsin dövründə Berlinlə münasibətlərin daha da inkişaf edəcəyinə ümid edir.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İsrailə səfər edən Almaniyanın yeni xarici işlər naziri Yoxann Vadeful ilə görüşdə bildirib.

“Bizim çoxsaylı ortaq maraqlarımız, ortaq dəyərlərimiz və ortaq çağırışlarımız var. Cənab nazir, əminəm ki, əməkdaşlığımız davam etdikcə tərəfdaşlığımız daha da güclənəcək. Fridrix Mertsə İsrail-Almaniya ittifaqını möhkəmləndirmək üçün göstərdiyi birgə səylərə görə ən xoş arzularımı çatdırıram”, – deyə Netanyahu vurğulayıb.

Məlumatı Netanyahunun ofisi yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR