Bank Of Baku

Netanyahu Misirə səfərini ləğv edib - YENİLƏNİB

İsrailin Baş naziri- Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri- Benyamin Netanyahu

# 13 oktyabr 2025 14:21 (UTC +04:00)

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Misirdə keçiriləcək sülh sammitində iştirak edə bilməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirliyindəki mənbə “The Jerusalem Post”a məlumat verib.

Netanyahu bunu sammitin vaxtının münasib olmaması ilə əlaqələndirib.

O, sammitə dəvətə görə Trampa təşəkkür edib, sülh səylərini yüksək qiymətləndirib.

Vurğulanıb ki, Netanyahu Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə də bir neçə saat əvvəl telefon danışığı aparıb.

Qeyd edək ki, Misir Prezidentlinin sözçüsü Tramp da daxil olmaql,a 20-dən çox ölkənin nümayəndələrinin sammitdə Netanyahunun iştirak edəcəyini təsdiqləyib.

***

13:14

İsrailin Baş naziri Benyamin Netanyahu Misirə gedəcək.

APA Misir Prezidentinin Ofisinə istinadən xəbər verir ki, səfərin məqsədi Şarm əl-Şeyxdə keçiriləcək Qəzza sammitində iştirak etməkdir.

Qeyd edək ki, sözügedən sammit bu gün keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR