Bank Of Baku

Netanyahu "Mossad"ın növbəti direktorunu seçib

General-mayor Roman Qofman və İsrailin Baş naziri Benyamin Netanyahu

© APA | General-mayor Roman Qofman və İsrailin Baş naziri Benyamin Netanyahu

# 04 dekabr 2025 14:18 (UTC +04:00)

İsrailin xarici kəşfiyyat xidməti olan “Mossad”ın növbəti direktorunun adı açıqlanıb.

APA İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən xəbər verir ki, Baş nazirin hərbi məsələlər üzrə müavini, general-mayor Roman Qofman “Mossad”ın növbəti direktoru seçilib.

“Bir sıra namizədlərlə söhbət apardıqdan sonra, Baş nazir Benyamin Netanyahu özünün hərbi məsələlər üzrə köməkçisi general-mayor Roman Qofmanı “Mossad”ın rəhbəri vəzifəsinə seçib”, - Netanyahunun ofisi bildirib.

Qeyd edək ki, kəşfiyyat orqanının hazırki rəhbəri David Barneanın vəzifə müddəti gələn ilin iyun ayında bitəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR