Paşha Bank
Bank Of Baku

Netanyahu Nobel Sülh Mükafatının BCM-in keçmiş hakiminə verilməsini qınayıb

Nobel Sülh Mükafatı laureatı- Navi Pillay

© APA | Nobel Sülh Mükafatı laureatı- Navi Pillay

# 09 oktyabr 2026 18:52 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu Nobel Sülh Mükafatının Navi Pillaya verilməsini pisləyib.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi açıqlama yayıb.

Açıqlamada Nobel Komitəsinin öz “əxlaqi kompasını” itirdiyi vurğulanıb.

“Navi Pillayın ən fəxr ediləsi nailiyyəti İsrailə qarşı saxta ittihamlar irəli sürən korrupsioner prokurorun legitimləşdirilməsi olub. Həmin prokuror anti-İsrail linç izdihamına qoşulmaqla özünə qarşı qaldırılan zorlama ittihamından canını qurtarmağa çalışırdı”, - Netanyahunun Ofisi Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Kərim Xana işarə edib.

Qeyd edək ki, Kərim Xan Netanyahunun həbsinə order verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR