Bank Of Baku

Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib: Zorakılıq siyasəti dövrü başa çatdı - FOTO

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan

© APA | PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan

# 27 fevral 2026 12:47 (UTC +04:00)

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına çağırış edib.

APA xəbər verir ki, Öcalanın yazılı müraciətini Pervin Buldan oxuyub.

Öcalan bildirib ki, “mənfi üsyan dövrünü dəf edə biliblər”.

“Yeni bir siyasət dövrünə, onun strategiyasına qapı açır. Zorakılığa əsaslanan siyasət dövrü başa çatır”, - PKK terror təşkilatının lideri qeyd edib.

Öcalan Türkiyə Prezidentinin son bir ildə göstərdiyi səyləri, MHP liderinin çağırışı, CHP sədrinin töhfəsini dəyərli hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin 27 fevral tarixində Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR