Paşha Bank
Bank Of Baku

Moskva Serbiyanın yeni hakimiyyətinin Rusiya ilə əməkdaşlığın faydalı olduğunu başa düşəcəyinə ümid edir

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

© APA | Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

# 26 oktyabr 2026 14:07 (UTC +04:00)

Moskva Serbiyada hakimiyyətə gələn yeni siyasi qüvvənin Rusiya ilə əməkdaşlığın Serbiya üçün faydalı olduğunu başa düşəcəyinə ümid edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə,Moskva Belqradla münasibətləri tam şəkildə inkişaf etdirməyə davam etmək niyyətindədir.

"Moskva hesab edir ki,Aleksandr Vuçiç Rusiya və Serbiya arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhvə verib. Ümid edirik ki, o, müxalifətdə olsa belə, bunu davam etdirəcək", Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR