Omanın Khasab limanı yaxınlığında Hörmüz boğazından çıxan tanker naməlum mərminin zərbəsinə məruz qalıb.
Bu barədə “Reuters” agentliyi Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) istinadən məlumat yayıb.
UKMTO-nun məlumatına görə, hadisə Khasab şəhərindən təxminən 11 dəniz mili şimalda baş verib. Naməlum mərmi tankerin arxa hissəsinə dəyib.
Reuters-in məlumatında gəminin adı və onun hansı ölkəyə məxsus olduğu açıqlanmır.