Bank Of Baku

Pakistan polisi: 46 nəfərin öldüyü terror aktının arxasında İŞİD dayanır

Pakistan polisi: 46 nəfərin öldüyü terror aktının arxasında İŞİD dayanır
# 31 iyul 2023 12:04 (UTC +04:00)

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində baş vermiş terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

APA xəbər verir ki, bu barədə Hindistanın “The Siasat Daily” gündəlik nəşri Pakistanın Xayber-Paxtunxva əyalətinin polis idarəsinə istinadən məlumat yayıb.

Polisin verdiyi açıqlamaya əsasən, ilkin istintaq nəticəsində məlum olub ki, 46 nəfərin ölümü və 200-ə yaxın insanın yaralanması ilə nəticələnən terror aktı İŞİD terror təşkilatı tərəfindən təşkil edilib.

Xatırladaq ki, dünən Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.

Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət bir qrup tərəfdarının qarşısında çıxış etdiyi zaman baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR