Bank Of Baku

Pakistan Taliban yaraqlılarına sığınacaq verilməsi iddialarını rədd edib

Pakistan Taliban yaraqlılarına sığınacaq verilməsi iddialarını rədd edib
# 07 avqust 2021 04:38 (UTC +04:00)

“Pakistanın Taliban yaraqlılarına yardım və sığınacaq verməsi ilə bağlı Əfqanıstanın bəyanatlarını tamamilə rədd edirik”.

APA xəbər verir ki, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Münir Əkrəm bildirib.

O bildirib ki, ölkəsi bu iddiaları tamamilə rədd edir: “Sərhədimiz bağlıdır, sərhəd zolağının 97 %-i hasarla bağlıdır. Hər gün, təxminən 30 min insan mütəşəkkil sərhəd keçidləri vasitəsi ilə və qanuna uyğun olaraq sərhədi keçdir”.

M.Əkrəm Pakistan ərazisindən hər hansı hücumların hazırlanmasından danışmağın mümkünsüzlüyünü vurğulayıb: “Bu, ölkədəki xarici hərbi qüvvələrin varlığını əsaslandırmaq cəhdidir”. 

Pakistanın BMT-dəki Daimi Nümayəndəsi, həmçinin, Kabildə Əfqanıstanın mərkəzi hakimiyyəti ilə mübarizədə Talibanın İŞİD ilə əməkdaşlıq etdiyi iddialarını da əsassız adlandırıb: Bu, ideoloji baxımdan ziddiyyət təşkil edir, Taliban İŞİD-lə mübarizə aparır, necə əməkdaşlıq edə bilərlər? Bunların hamısı fantaziyalardır”. 

Xatırladaq ki, bundan əvvəl Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi Qulyam İsxakzai Pakistanı Talibana ərazisindən istifadəyə icazə verməklə kömək etməkdə günahlandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR