Bank Of Baku

Pakistan və Əfqanıstan 48 saatlıq atəşkəs barədə razılığa gəlib - VİDEO - YENİLƏNİB

Pakistan və Əfqanıstan 48 saatlıq atəşkəs barədə razılığa gəlib - VİDEO  - YENİLƏNİB
# 15 oktyabr 2025 17:09 (UTC +04:00)

Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.

"Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Təhlükəsizlik mənbələri bildiriblər ki, bundan əvvəl Pakistan ordusu Əfqanıstanın Qəndəhar əyalətində Talibanın əsas dayaq məntəqələrinə dəqiq zərbələr endirib.

Mənbələrin məlumatına görə, hədəf zərbələri Talibanın 4 saylı batalyonunu və 6 saylı sərhəd briqadasını məhv edib, onlarla əfqan və əcnəbi döyüşçü həlak olub.

***

15:42

Pakistan Əfqanıstanın paytaxtı Kabilə çoxsaylı hava zərbələri endirib.

APA xəbər verir ki, bu barədə görüntülər xarici KİV-də yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR