Bank Of Baku

Pakistanda Rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Pakistanda Rusiyalı pilotları daşıyan helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
# 28 sentyabr 2024 15:48 (UTC +04:00)

Pakistanda göyərtəsində 14 nəfər rusiyalı pilotun olduğu helikopter qəzaya uğrayıb.

APA-nın “Reuters” agentliyinə istinadən məlumatına görə, hadisə zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Sözü gedən helikopteri yerli neft şirkətlərindən biri neft yataqlarının kəşfiyyatı məqsədilə icarəyə götürüb.

Bildirilib ki, pilot uçuş zamanı nasazlığın olduğunu qeydə alan kimi onu endirməyə çalışsa da, bir hissəsi yerlə toqquşub və nəticədə helikopter çevrilib.

İstismarçı şirkətin verdiyi açıqlamaya görə, ilkin ehtimal qəzaya mühərrikdə yaranan nasazlığın səbəb olmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR