Bank Of Baku

Pakistanda toqquşmalarda ölənlərin sayı 10-a çatıb, 1750 nəfər xəsarət alıb - YENİLƏNİB

Pakistanda toqquşmalarda ölənlərin sayı 10-a çatıb, 1750 nəfər xəsarət alıb - YENİLƏNİB
# 11 may 2023 15:04 (UTC +04:00)

Pakistanda sabiq Baş nazir İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı 10-a çatıb, 1750 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Xinhua” ölkənin Səhiyyə və Daxili İşlər nazirliklərindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin hamısı mülki vətəndaşlardır, xəsarət alanların arasında isə həm mülki şəxslər, həmçinin polislər var.

Xatırladaq ki, İmran Xan 9 may tarixində İslamabadda həbs edilib və bunun ardınca tərəfdarları etiraz aksiyalarına başlayıblar. İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus fonddan çirkli pulların yuyulması üçün istifadə edilməsində ittiham olunur.

***

14:46

Pakistanın sabiq Baş naziri İmran Xanın həbs edilməsindən sonra ölkə miqyasında başlayan etirazlar zamanı azı 8 nəfər ölüb, 1400 nəfər saxlanılıb.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistan polisi yayıb. Ordu etirazçıları zorakılığa son verməyə çağırıb və dövlət obyektlərinə hücum etməməklə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, korrupsiyada ittiham edilən 70 yaşlı sabiq Baş nazir İmran Xan mayın 9-da İslamabadda, ali məhkəmənin qarşısında həbs edilib. O, 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə hakimiyyətdən göndərilib.

Hacı Cavadov

Səid Babazadə

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR