Bank Of Baku

Pakistanın baş naziri: Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik

Pakistanın baş naziri: Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik
# 07 may 2025 01:53 (UTC +04:00)

“Məkrli düşmən Pakistanın 5 yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib.”

APA xəbər verir ki, bu sözləri Pakistanın baş naziri Şahbaz Şərif deyib.

O həmçinin Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına güclə cavab vermək hüququnun olduğunu və indi qətiyyətli cavab verildiyini bildirib.

“Bütün ölkə Pakistan silahlı qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi yüksəkdir. Pakistan xalqı və Pakistan silahlı qüvvələri düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR