Pakistanın sabiq prezidenti vəfat edib

Pakistanın sabiq prezidenti vəfat edib
# 15 iyul 2021 05:06 (UTC +04:00)

Pakistanın keçmiş prezidenti Məmnun Hüseyn 80 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “Geo TV” telekanalı onun oğluna istinadən məlumat yayıb.

Məlumata görə, keçmiş prezident xərçəng xəstəliyindən əziyyət çəkirmiş və son iki həftə ərzində xüsusi xəstəxanada müalicə alırmış.

Məmnun Hüseyn 2013-2018-ci illərdə Pakistanın prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR