“Suriyada ayrı-ayrı terrorçu qruplar yenidən aktivləşməyə başlayıb”.
APA-nın məlumatına görə, bunu Rusiya Prezidentinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Sergey Lavrentyev bildirib.
Onun sözlərinə görə, bu tendensiya ölkəsinin ciddi narahatlığına səbəb olub.
Lavrentyev vurğulayıb ki, suriyalı qaçqınların evlərinə qayıtması məsələsi də həyəcan doğuran məqamlardandır.
“Terrorçu qrupların məhvi tək Suriyanın şimalında yox, ölkə miqyasında prioritet olmalıdır. Biz tərəfdaşlarımızla buna nail olmağın yollarını müzakirə etmək istəyirik. Suriya ordusu İŞİD və digər qruplaşmalara qarşı adekvat tədbirlər görməlidir. Çünki uzun müddətdən sonra, nəhayət, ölkədə vəziyyətin sabitləşməsinin vaxtı çatıb. Qaçqınların evlərinə qaytarılması prosesi də sürətlənməlidir. Beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə də cəlb olunmasına çalışırıq”, - deyə o vurğulayıb.