Qazaxıstanın şimalında yerləşən Kostanay bölgəsini meşə yanğınları davam edir.
APA ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın 9 400 hektar ərazini bürüyüb.
İndiyə kimi, 1 841 nəfər təxliyə edilib. Alovla mübarizəyə 51 texnika, üç təyyarə, dörd yanğınsöndürən qatar, 350 nəfər cəlb olunub. Yanğın yerinə əlavə olaraq Fövqəladə Hallar Nazirliyinin 98 əməkdaşı və 17 texnika göndəriləcəyi bildirilir.