Qətər ABŞ-la Suriyaya tətbiq olunan sanksiyaların ləğvi barədə razılığa gəlmək istəyir

Qətər ABŞ-la Suriyaya tətbiq olunan sanksiyaların ləğvi barədə razılığa gəlmək istəyir
# 12 may 2025 22:11 (UTC +04:00)

Qətər hökuməti ABŞ Prezidenti Donald Trampın Dohaya səfəri zamanı ABŞ-la Suriyanın keçid hökumətinə qarşı tətbiq olunan sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşma əldə etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani məlumat verib.

"Bizim məqsədimiz ABŞ-la yeni Suriya hökumətinə qarşı sanksiyaların ləğvi məsələsində qarşılıqlı anlaşmaya nail olmaqdır", – o deyib.

Qeyd edək ki, ABŞ Prezidentinin Dohaya səfəri 14–15 may tarixlərində planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR