Bank Of Baku

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürülüb

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürülüb
# 18 mart 2024 16:41 (UTC +04:00)

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürülüb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak və ya Şin Bet) birgə bəyanatında deyilir.

Qeyd olunub ki, adıçəkilən qurumların anklavın Əl-Şifa xəstəxanasında həyata keçirdiyi birgə hərbi əməliyyatlar zamanı HAMAS-ın daxili təhlükəsizlik departamentinin rəhbəri Faiq Məbhux (Faiq Mabhuoch) öldürülüb.

Bildirilib ki, o, anklavda təşkilatın fəaliyyətinin koordinasiyasına cavabdeh idi.

Xatırladaq ki, İsrail ordusu HAMAS-ın yüksək rütbəli üzvlərinin xəstəxanada olması ilə bağlı kəşfiyyat məlumatlarını əldə rəhbər tutaraq Əl-Şifada hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində təşkilatın silahlıları da daxil olmaqla 60-dan çox adam saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR