Qəzzada ölən fələstinlilərin sayı 28 340-a yüksəlib

Qəzzada ölən fələstinlilərin sayı 28 340-a yüksəlib
# 12 fevral 2024 14:53 (UTC +04:00)

Qəzza zolağında ölən fələstinlilərin sayı 28 340-a yüksəlib.

APA xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi “Telegram”da yazıb.

Nazirliyin məlumatına əsasən, ötən il 7 oktyabrdan indiyə qədər 28 340 nəfər fələstinli öldürülüb, 67 984 nəfər isə yaralanıb.

Həmçinin əlavə olunub ki, təkcə son 24 saat ərzində İsrail ordusu tərəfindən Qəzzada həyata keçirilən hərbi əməliyyatlar nəticəsində 164 nəfər ölüb, 200 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR