Bank Of Baku

Qırğızıstan Prezidenti Baş naziri istefaya göndərib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov

© APA | Qırğız Respublikasının Prezidenti Sadır Japarov

# 16 dekabr 2024 09:06 (UTC +04:00)

Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.

APA-nın “24.kg” saytına istinadən xəbərinə görə, bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.

Onun səlahiyyətlərinin müvəqqəti icrası Baş nazirin birinci müavini və maliyyə naziri Adılbek Kasımaliyevə tapşırılıb.

Qeyd edək ki, A. Kasımaliyev 2015-2018-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb, 2022-ci ildən isə baş nazirin birinci müavini təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR