İnklüziv hökumətin təşkili Əfqanıstanı növbəti vətəndaş müharibəsindən qurtarmağın yeganə yoludur.
APA-nın xəbərinə görə, bunu ölkənin əvvəlki hökuməti tərəfindən BMT-dəki səfir təyin edilmiş Qulam İsakzai deyib.
Diplomat əlavə edib ki, ölkədə vəziyyət çox kövrəkdir. Yalnız inklüziv hökumət yaratmaqla əbədi humanitar böhran vəziyyətindən iqtisadi inkişafa keçmək mümkündür.