Bank Of Baku

Rəisi: “İran sərnişin təyyarəsi istehsalının bir addımlığındadır”

Rəisi: “İran sərnişin təyyarəsi istehsalının bir addımlığındadır”
# 22 avqust 2022 17:02 (UTC +04:00)

İran sərnişin təyyarəsi istehsalının bir addımlığındadır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

O bildirib ki, Müdafiə Nazirliyinin ekspertləri sərnişin təyyarəsinin hazırlanması prosesinin son mərhələsinə çatıblar.

Rəisi ekspertlərdən nəticə əldə olunana qədər güc və qüdrətlə bu yolu davam etdirmələrini xahiş edib.

Xatırladaq ki, İranın aviasiya parkı 40 ildən çoxdur ki, yenilənmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR