BƏƏ-nin milli neft şirkəti ADNOC son bir həftə ərzində Hörmüz boğazından keçən üç tankerinin hücuma məruz qaldığını açıqlayıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Şirkətin məlumatına görə, münaqişə başlayandan bəri ADNOC-un 15 gəmisi Hörmüz boğazından keçərkən raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Onlardan üçü son bir həftədə baş verib.
Hücumlar nəticəsində bir ekipaj üzvü ölüb, 20 nəfər yaralanıb.