Bank Of Baku

Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb, 1 polis əməkdaş ölüb, 4 yaralı var- YENİLƏNİB

Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb, 1 polis əməkdaş ölüb, 4 yaralı var- YENİLƏNİB
# 22 sentyabr 2024 19:27 (UTC +04:00)

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin kortejinin ölkənin şimal-qərbində minaya düşməsi nəticəsində 1 polis əməkdaşı həlak olub.

APA-nın xəbərinə görə, bunu Pakistanın Svat dairəsinin polis idarəsinin zabiti Zahid Ulla Xan bildirib.

Mina partlayışı nəticəsində 4 polis əməkdaşı isə yaralanıb.

***

saat 18.37

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin korteji bu ölkənin şimalında minaya düşüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Minqor şəhərindən hotelə gedərkən səfiri müşayiət edən polislərin olduğu avtomobil minaya düşüb.

Bir neçə polis əməkdaşı xəsarət alıb. Rusiyalı diplomatlar arasında xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR