Bank Of Baku

Sabah Tehranda 3 beynəlxalq hava limanı 4 saat fəaliyyət göstərməyəcək

Sabah Tehranda 3 beynəlxalq hava limanı 4 saat fəaliyyət göstərməyəcək
# 17 aprel 2022 18:11 (UTC +04:00)

İranın paytaxtı Tehranda sabah İmam Xomeyni adına beynəlxalq hava limanı və daha iki hava limanı 4 saat fəaliyyətini dayandıracaq.

APA-nın Tehran bürosunun məlumatına görə, buna səbəb sabah İranda Ordu günü münasibətilə Tehranda İmam Xomeyninin ziyarətgahının qarşısında təşkil ediləcək paraddır.

Paradda İran prezidenti İbrahim Rəisi çıxış edəcək. Paradda İran istehsalı olan pilotsuz təyyarələr, raketlər kompleksləri və digər texnika nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR