Bank Of Baku

Sabahdan xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başlayır

Sabahdan xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başlayır
# 19 may 2023 10:40 (UTC +04:00)

“Sabahdan etibarən xaricdə və gömrük qapılarında səsvermə başlayır”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter” hesabında paylaşım edib.

Ərdoğan seçicilərin demokratik hüququndan istifadə etməsinin vacibliyini xatırladaraq onları səsvermə prosesində aktiv olmağa səsləyib: “Sizlərdən bir daha iradənizə ən yaxşı formada sahib çıxmağınızı gözləyirəm”.

Qeyd edək ki, Prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə prosesi 20-24 may tarixlərində, Türkiyədə isə 28 mayda keçiriləcək.

Xatırladaq ki, prezident seçkilərinin birinci turunda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kemal Kılıçdaroğlu isə 44,88 faiz səs toplamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR