Bank Of Baku

Sabiq müdafiə naziri Yaponiyanın Baş naziri olacaq

Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba

© APA | Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba

# 27 sentyabr 2024 14:08 (UTC +04:00)

Beş cəhddən sonra Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

APA “Kyodo”ya istinadən xəbər verir ki, Şiqeru İşiba partiya sədrliyinə seçkilərdə iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçini məğlub edib.

Şiqeru İşibanın gələn həftə parlament səsverməsindən sonra Baş nazir təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki, Fumio Kişida avqust ayında siyasi maliyyə qalmaqalını əsas gətirərək Yaponiyanın Baş naziri vəzifəsindən istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR