Əfqanıstanın sabiq vitse-prezidenti, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Əmrulla Saleh əvvəlki kimi Pəncşirdədir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər mətbuat konfransında bildirib.
“Əmrulla Saleh müvəqqəti olaraq Əfqanıstan Prezidentinin vəzifəsini icra edir. O, Pəncşirdədir”, - deyə səfir vurğulayıb.
Diplomat qeyd edib ki, ölkə konstitusiyasına əsasən Prezident hər hansı səbəbə görə öz postunu tərk etdikdən sonra hakimiyyət onun müavininə keçir.
O bildirib ki, Tacikistanda Əfqanıstanı və Əmrulla Salehi təmsil edir.