Bank Of Baku

“SEPAH” Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

“SEPAH” Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB
# 13 mart 2022 15:07 (UTC +04:00)

İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri – “SEPAH”) İsrailin İraqdakı hədəfləri olan Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

APA bildirir ki, bu barədə İranın “Gənc Jurnalistlər Klubu” agentliyi məlumat yayıb.

SEPAH-ın bəyanatında deyilir ki, dünən gecə sionist sui-qəsdlərinin strateji mərkəzi onlar tərəfindən güclü raket atəşinə məruz qalıb.

***

03:28

İraq Kürdüstanının paytaxtı Ərbildə bu gün güclü partlayış baş verib. Yerli sakinlərin sözlərinə görə, ABŞ konsulluğuna hücum edilib.

APA-nın “Ren TV”yə istinadən verdiyi xəbərə görə, hələlik baş verənlərlə bağlı rəsmi versiya yoxdur.

ABŞ-ın Bağdaddakı səfirliyində həyacan siqnalı səslənib.

İraqda baş verən partlayışdan sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR