Körfəzdə ABŞ qüvvələri ilə birbaşa toqquşmalar zamanı indiyədək 9 SEPAH üzvü həyatını itirib.
APA-nın Tehran bürosu xəbər verir ki, bunu bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlireza Tanqsiri “Bəsic”in konqresində çıxışı zamanı deyib.
O, həyatını itirən SEPAH üzvlərinin adlarını və qarşıdurmaların zamanını qeyd etməyib.