İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraq ərazisində terrorçu qrupların qərargahlarına nöqtəli raketlər və kamikadze dronları ilə yeni hücumlar təşkil edib.
APA-nın Tehran bürosu xəbər verir ki, əməliyyatda “Komle”, “Demraktar” və “Pak” (Kürdüstan Azad Partiyası) terror qruplaşmalarının əsas qərargahlarına raket zərbələri endirilib.
Hücumlarda SEPAH-ın raket, dron və artilleriya bölmələri iştirak edib.