Bank Of Baku

SEPAH: Son sutkada Hörmüz boğazından daha 15 gəmi keçib

SEPAH: Son sutkada Hörmüz boğazından daha 15 gəmi keçib
# 01 iyun 2026 14:52 (UTC +04:00)

Son sutkada SEPAH-ın icazəsi ilə Hörmüz boğazından daha 15 gəmi keçib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 15 gəminin, o cümlədən 4 neft tankerinin icazə və koordinasiya əsasında Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini açıqlayıb.

Eyni zamanda, SEPAH Körfəz və Hörmüz boğazı ərazisində fəaliyyət göstərən ticarət və tanker gəmilərinə xəbərdarlıq edib. Bildirilib ki, regiondankənar “düşmən qüvvələrlə” hər hansı əməkdaşlıq təhlükə kimi qiymətləndiriləcək və buna qarşı tədbir görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR