Bank Of Baku

Səudiyyə Ərəbistanı və Küveyt İranla sərhədin demarkasiyası ilə bağlı danışıqlarda birləşəcək

Səudiyyə Ərəbistanı və Küveyt İranla sərhədin demarkasiyası ilə bağlı danışıqlarda birləşəcək
# 02 avqust 2023 08:54 (UTC +04:00)

Səudiyyə Ərəbistanı və Küveyt İranla dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlarda vahid tərəf kimi çıxış etmək niyyətindədir. Məqsəd Fars körfəzindəki mübahisəli Ed-Durra yatağına nəzarət etməkdir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ər-Riyaddakı diplomatik mənbə məlumat verib.

“Əgər İran dəniz sərhədlərinin demarkasiyası ilə bağlı danışıqlara razılıq verərsə, o zaman danışıqlar, əslində, ikitərəfli olacaq. Bu o deməkdir ki, Səudiyyə Ərəbistanı və Küveyt danışıqlarda vahid tərəf kimi çıxış edəcək”, - mənbə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR