Bank Of Baku

Səudiyyə Ərəbistanının XİN rəhbəri Kiyevdə Zelenski ilə görüşüb

Səudiyyə Ərəbistanının XİN rəhbəri Kiyevdə Zelenski ilə görüşüb
# 26 fevral 2023 19:29 (UTC +04:00)

Səudiyyə Ərəbistanının xarici işlər naziri Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Al Ekhbariya telekanalı xəbər yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının XİN rəhbəri Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu, diplomatik münasibətlərin qurulmasından bəri Səudiyyə Ərəbistanı XİN rəhbərinin Ukraynaya ilk rəsmi səfəridir.

XİN rəhbəri qeyd edib ki, Səudiyyə Ərəbistanı Ukraynaya humanitar yardım olaraq 410 milyon dollar ayıracaq. Məlumata görə, Ər-Riyad və Kiyev Ukraynaya neft məhsullarının tədarükünü nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR