Bank Of Baku

Si Cinpin: Az sayda ölkənin beynəlxalq məsələlərdə dominantlığı tarixi ədalətsizlikdir

Çin Xalq Respublikasının sədri Si Cinpin

© APA | Çin Xalq Respublikasının sədri Si Cinpin

# 01 sentyabr 2026 12:52 (UTC +04:00)

Beynəlxalq məsələlər ayrı-ayrı dövlətlərin və ya məhdud ölkələr qrupunun hökmranlığı ilə deyil, bütün ölkələrin dialoqu əsasında həll edilməlidir.

APA-nın Bişkekə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı deyib.

Çin lideri bildirib ki, çoxqütblü dünyanın formalaşması artıq geri dönməz tarixi prosesə çevrilib.

“Az sayda ölkənin beynəlxalq məsələlərdə dominantlığı tarixi ədalətsizlikdir. Nə bir dövlətin hökmranlığı, nə ayrı-ayrı ölkələr qrupunun birgə idarəçiliyi, nə də blok siyasəti əsl çoxtərəflilik sayıla bilər”, – Si Cinpin vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq məsələlər dünya dövlətləri tərəfindən dialoq yolu ilə həll edilməli, beynəlxalq qaydalar isə birgə hazırlanmalıdır.

Si Cinpin BMT-nin nüfuzunun gücləndirilməsinin vacibliyini də qeyd edib.

Çin lideri böyük və kiçik, güclü və zəif, zəngin və yoxsul olmasından asılı olmayaraq, bütün dövlətlərin bərabər hüquqlara və imkanlara malik olmasının vacibliyini vurğulayıb.

O, həmçinin beynəlxalq münasibətlərdə ikili standartlardan, müstəsnalıq yanaşmasından və digər dövlətlərin daxili işlərinə müdaxilədən imtina etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR