Paşha Bank
Bank Of Baku

Si Cinpin: Çin və ABŞ münasibətlərinin uzunmüddətli sabit inkişafını təmin edə bilər

Çin Xalq Respublikasının lideri Si Cinpin

© APA | Çin Xalq Respublikasının lideri Si Cinpin

# 26 sentyabr 2026 00:57 (UTC +04:00)

Çin və ABŞ ikitərəfli münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin etmək imkanına malikdir.

Xarici medianın məlumatına görə, bunu Çin Sədri Si Cinpin bildirib.

“Bir-birimizin fərqliliklərini qəbul edib onlara hörmət etməklə, qarşılıqlı anlaşma nümayiş etdirməklə, bir-birimizin müsbət təcrübəsindən yararlanmaqla, ən böyük ortaq məxrəci tapmaqla, əməkdaşlıq istiqamətlərini genişləndirməklə və fikir ayrılıqlarını düzgün idarə etməklə ölkələrimiz arasında münasibətlərin uzunmüddətli sabit inkişafını təmin edə bilərik”, – Çin lideri bildirib.

Si Cinpin bu fikirləri həyat yoldaşı Pen Liyuan, ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla birlikdə Vaşinqtondakı ABŞ Milli Arxivinə səfəri zamanı səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR