Paşha Bank
Bank Of Baku

Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb

Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
# 26 sentyabr 2026 01:08 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Seneqalın Afrika İnteqrasiyası, xarici işlər və xaricdəki seneqallılar üzrə naziri Şeyx Nianq ilə görüşərək, Azərbaycan-Seneqal ikitərəfli gündəliyini və əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Tərəflər daha güclü siyasi dialoq və qarşılıqlı səfərlərin intensivləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər. Müzakirələr zamanı rəqəmsal idarəetmə və innovasiya sahələrində yüksək səviyyəli əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin struktur çərçivəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər həmçinin BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Seneqal arasında uzunmüddətli əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirib, çoxtərəfli platformalarda əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Müzakirələrdən sonra nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Seneqal Respublikasının Afrika İnteqrasiyası, Xarici İşlər və Xaricdəki Seneqallılar üzrə Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu"nu imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR